Trampdan müsəlmanlara çağırış

16-05-2016, 15:08
Oxunub: 310
Donald Tramp proqnozların əksinə olaraq ilkin seçkilərdə qələbə qazanıb


Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə ehtimal olunan namizəd Donald Tramp müsəlmanları polislə əməkdaşlığa və [cinayətkarları] "təslim etməyə" çağırıb.

Britaniyanın İTV kanalına müsahibəsində Tramp deyib ki, o, müsəlmanlara qarşı deyil, “terrora qarşıdır”.

O, həmçinin Britaniya baş naziri Devid Kemeronun, onu müsəlmanların ABŞ-a girişinə qadağa çağırışına görə “axmaq, bölücü və səhv” adlandırmasına da cavab verib.

Tramp bu çağırışı keçən il, hələ partiyasının öndə gedəni olmadığı zaman etmişdi.

Daha sonra o deyib ki, prezident olmadığı üçün, “dedikləri sadəcə təklifdir”.

Lakin o iddia edir ki, onun müsəlmanların Amerikaya girişinə qadağa çağırışı sadəcə siyasətçilər tərəfindən tənqidlə qarşılanıb və dünyada milyonlarla insan “Donald Trampın doğru olduğunu” deyir.

Bir sıra yüksək rütbəli Respublikaçı siyasətçi onu dəstəkləməkdən imtina edib. Partiyadan prezidentlik yarışında iştirak edən digər rəqibləri namizıədliklərini geri götürüblər.

Demokratlar Partiyasından isə Hillari Klinton rəqibi Berni Sandersi üstələyir (BBC).
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti