"İnsanların bərbad yanaşmaları var" - Müsahibə/Video

14-05-2016, 11:50
Oxunub: 778
"İnsanlar "Mozalan"a baxıb gülür, amma bilmirlər ki, özlərinə gülürlər"


Facebook sosial şəbəkəsindəki "Kitabıstan" səhifəsi gənclərin kitaba olan marağının artırılması və kitabların təbliğatı ilə məşğuldur.

Etatist.com Kitabıstan səhifəsi ilə birgə hazırladığı layihə ilə yazarlar, ictimai fəallardan müsahibə alaraq səhifədə yayımlayır, gəncləri yazarların kitablar haqqındakı fikirləri ilə tanış edir. Burdakı digər məqsəd isə yazarları və ictimai fəalları kitab təbliğatına cəlb etmək və gəncləri onlarla tanış etməkdir.

Bu dəfəki müsahibimiz rejissor, "Qiraətçi" kitab layihəsinin qurucusu və rəhbəri Müşfiq Məmmədovdur.

- "Book trailer"ə baxdım. Bəyəndim də. Amma belə məlum olur ki, müsabiqənin nəticələrilə razı deyilsən. Səbəb nədir?
- Sərxan Əzizin kitabı çıxacaqdı deyə, mən o "trailer"i çəkəcəkdim. "Book trailer"i sırf festival üçün çəkməmişdim. İştirak edən aktyorlar da bilmirdi ki, göndərəcəm. Çəkilişlər bitəndən sonra dedim ki, çatdırsam festivala göndərdim bəlkə. Bəlkə də həmin vaxt bir az eyforiyaya qapılmışdım. Göndərdim, alınmadı-alınmadı da... Amma orda hamı təbrik eləyirdi, deyirdi ki, sən maraqlı video çəkmisən. O, mənim üçün daha üstündür, nəinki, hansısa titul. Yaxşı işlər var idi orda. Yer tutanların da tutmayanların da arasında keyfiyyətli işlər var idi. Sadəcə bəziləri film kimi idi, sosial çarxı xatırladırdı. "Trailer" elədir ki, sən gərək nəisə sirr saxlayasan.

- Müasir kino sənəti haqqında nə düşünürsən?
- Əslində insanların zövqü o qədər də yaxşı deyil, hətta bərbad yanaşmaları da var.

- Günah kimdədir, bəlkə rejissorlardadır elə...

Ardı videoda...
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti