Putin: "İran tərəfdən nüvə təhdidi yoxdur"

13-05-2016, 18:19
Oxunub: 788
"ABŞ İranla müqaviləni imzalayanlardan biri, onun təşəbbüskarıdır"


"İran tərəfdən nüvə təhlükəsi yoxdur, ancaq ABŞ Raket Əleyhinə Müdafiə Sistemini yaratmağı davam etdirir".

Bunu Rusiya prezidenti Vladimir Putin ölkənin hərbi rəhbərliyi ilə görüşdə bildirib.

"İran tərəfdən nüvə təhdidi haradadır? Belə şey yoxdur. ABŞ İranla müqaviləni imzalayanlardan biri, onun təşəbbüskarıdır. Əslində, bu, düzgün addım idi. Biz də dəstəklədik. Ancaq indi İran tərəfdən nüvə təhlükəsi yoxdur. Bununla belə, ABŞ Raket Əleyhinə Müdafiə Sistemini yaratmağı davam etdirir". (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti