Albinos inək balası - FOTO

16-03-2013, 11:19
Oxunub: 2702


Etatist.com-un məlumatına görə, Balakən rayonunda camış ağ rəngli bala doğub.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Balakənin Qazma kəndində, Nərgiz Sarıyevanın şəxsi təsərrüfatında qeydə alınıb. Onun təsərrüfatında olan camışın ağ rəngdə bala doğması hamını təəccübləndirib.

 

Balakən Rayon Baytarlıq İdarəsinin rəisi Mahir Abdullayev APA-nın yerli bürosuna bildirib ki, camışların ağ rəngli bala doğması nadir haldır. M. Abdullayev belə heyvanların albinos olduğunu, albinos camış balalarının günəş şüalarına qarşı həssas olduğunu bildirib: "Belə hal rayonda artıq bir neçə dəfədir ki, təkrar olunur. Belə ki, 2009-cu ilin avqust ayında rayonun Gülzanbinə kənd sakini Ələsgər Tanrıverdiyevin təsərrüfatında da belə bir fakt baş vermişdi. Bundan başqa rayonun Qabaqçöl qəsəbəsində də albinos camış olub və bu camış normal bala vermək qabiliyyətinə malik idi”. 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti