Ölümlü dünya daha üç insanı apardı

16-03-2013, 11:10
Oxunub: 1258


Etatist.com-un məlumatına görə, Amerika Birləşmiş Ştatlarını Florida ştatında kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 3 nəfər həyatını itirib. 

Təyyarənin avtopark sahəsinə düşməsi nəticəsində isə, 15-ə yaxın avtomobilə ziyan dəyib. Toqquşma sonrasında avtomobillərin bir neçəsi alovlanaraq yanıb.

Anspress-in xarici mediaya istinadən verdiyi xəbərə görə, Fort Loderdeyl hava limanı rəsmiləri qəzaya təyyarənin mühərrikində yaranmış nasazlığın səbəb olduğunu bildirib. Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra təcili eniş etmək istəsə də, pilotun cəhdi uğursuz olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti