Azərbaycan tarı YUNESKO`nun siyahısında

5-12-2012, 17:11
Oxunub: 1571


Etatist.com-un lent.az-a istinadən verdiyi məlumata görə Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilir. Sessiyada YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı müzakirə olunub və Azərbaycan tar ifaçılıq sənəti bu siyahıya daxil edilib. Azərbaycan Respublikasının nümayəndə heyəti komitənin sessiyasında iştirak edir.
Qeyd edək ki, Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz Bayramı, eyni zamanda Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. 
Komitənin bu ilki sessiyasında 2003-cü il Konvensiyasının gələcəyi, Komitənin fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı, digər üzv dövlətlər tərəfindən təqdim edilən nominasiyalar da müzakirə olunub. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti