Bakıda İran kino həftəsi keçiriləcək

11-05-2016, 12:03
Oxunub: 377
Tədbirin açılış mərasimi mayın 14-də saat 18:00-da Nizami Kino Mərkəzində olacaq


Bakıda İran kinosu həftəsi keçiriləcək. 

Bu barədə Report-a İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzindən məlumat verilib.

Kino həftəsi Mədəniyyət və Turizm Nazirliyi və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Tədbirin açılış mərasimi mayın 14-də saat 18:00-da Nizami Kino Mərkəzində olacaq.

Bakıda İran kino həftəsi çərçivəsində mayın 14-də “143-cü çuxur”, mayın 15-də “Bir dişləm qənd”, mayın 16-da “Bu gün”, mayın 17-də “Nəqqaşlıq hovuzu” filmləri Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Filmlər hər gün saat 19.00-da tamaşaçılara təqdim ediləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti