Avropa çempionatının finalı Bakı Olimpiya Stadionunda keçirilməyəcək

10-05-2016, 18:10
Oxunub: 532
Yarımfinal mərhələsinin görüşləri isə "Dalğa Arena"da baş tutacaq


Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının yarımfinal və final görüşlərinin yeri dəyişdirilib.

"Report"un məlumatına görə, final matçı "Bakcell Arena"da keçiriləcək.

Yarımfinal mərhələsinin görüşləri isə "Dalğa Arena"da baş tutacaq. Dəyişikliklər UEFA-nın tövsiyəsi əsasında gerçəkləşib.

Qeyd edək ki, ilk olaraq bu mərhələnin oyunlarının Bakı Olimpiya Stadionunda keçiriləcəyi açıqlanmışdı.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti