Donald Tramp: "Böyük Britaniyaya Aİ-siz daha yaxşı olacaq"

6-05-2016, 13:13
Oxunub: 492
"Məhz bu problemlərə görə də Böyük Britaniya Aİ-nin tərkibindən çıxsa, yaxşı olar"


ABŞ prezidentliyinə namizəd olmağa Respublikaçılar partiyasından iddia edən milyarder Donald Tramp Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq ideyasını dəstəkləyib.

"Report" xəbər verir ki, "Fox News"a müsahibəsində D.Tramp Britaniyaya Aİ-siz daha yaxşı olacağını deyib.

O, bunun şəxsi fikri olduğuna və kiməsə məsləhət verib və ya təzyiq göstərmək niyyətində olmadığına da aydınlıq gətirib.

D.Tramp Avropada miqrasiya böhranının əsasən Aİ-nin hərəkətləri ilə bağlı olduğunu bildirib: "Məhz bu problemlərə görə də Böyük Britaniya Aİ-nin tərkibindən çıxsa, yaxşı olar".

Qeyd edək ki, D.Tramp daha əvəl də Britaniyanın Aİ-dən çıxmaq ehtimalını irəli sürmüşdü. O, hətta britaniyalıları Aİ-ni tərk etməməyə səsləyən ABŞ prezidenti Barak Obamanı tənqid etmişdi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti