"Ədəbi mühitdə qeyri-səmimilik çoxdur" - Video/Müsahibə

6-05-2016, 13:09
Oxunub: 949
"Yazarı yazar edən onun oxucularıdır"


Facebook sosial şəbəkəsindəki "Kitabıstan" səhifəsi gənclərin kitaba olan marağının artırılması və kitabların təbliğatı ilə məşğuldur.

Etatist.com Kitabıstan səhifəsi ilə birgə hazırladığı layihə ilə yazarlar, ictimai fəallardan müsahibə alaraq səhifədə yayımlayır, gəncləri yazarların kitablar haqqındakı fikirləri ilə tanış edir. Burdakı digər məqsəd isə yazarları və ictimai fəalları kitab təbliğatına cəlb etmək və gəncləri onlarla tanış etməkdir.

Bu dəfəki müsahibimiz "Həyatdan 5 kadr" və "Sonuncu dekabr" kitablarının müəllifi Murad Ramazanovdur.

- Adətən deyirlər ki, yaradıcı insan eqolu olmalıdır. Amma səndə heç vaxt bu eqonu hiss etməmişəm. Eqonu nə vaxt sındırmısan:
- Eqo müəyyən mənada olub. Amma yüksək səviyyətə olmayıb. Buna ehtiyac duymuram. Ətrafımda da, tanışlarda da görürəm ki, eqo çoxdur. Olur ki, bir kitab çıxarırlar, eqo daha da yüksəlir. Mən bunu normal qarşılayıram, öz düşüncələridir. Amma mənə görə bu, düzgün deyil. Çünki, insanın özünü tərifləməsi, "mən bunu yazmışam, siz oxumalısınız" kimi fikirlər, tam mənə əks fikirlərdir. Bunu oxuyan insan deməlidir - müsbət və mənfi tərəfləriniz.

- İki kitabın çap olunub. Birinci kitabı oxuyanda mənə elə gəldi ki, Murad Ramazanov kitab yazmağa tələsib. Amma ikinci kitabı oxuyanda başa düşdüm ki, Murad Ramazanov böyüyüb, xoşuma gəlmişdi. Birinci kitabda boşluqlar var idi, ikinci kitab isə yetərincə dolğun idi.
- Çox insan kitab oxuyur, ancaq çox insan yaza bilmir. Buna istedad kimi baxmamışam mən. İnsan çox kitab oxuduqca, araşdırdıqca məncə yazmağı bacarar. İnsanın içində xüsusi yazmaq sevgisi olur. Hansı ki, onu heç bir şeyə dəyişə bilmirsən, alternativ bir şeylə də çıxara bilmirsən.

Əslində fikirləşmirdim roman olsun. Bəlkə də ilk yazdığım roman da sayılmır. Kiçik bir şey olsun istəyirdim. Dostlarıma, yaxın insanlara göndərərək, onların məni ruhlandırıcı fikirlərini alaraq belə bir əsəri sonlandıra bildim. Boşluqları bilirəm və ikinci əsərdə çalışdım ki, doldurum. Düşünürəm ki, müəyyən mənada buna nail oldum.

- Sənə elə gəlmir ki, yazıçının yazdığı kitabdan imtina etməsi absurddur... Sən nə düşünürsən bu barədə...

Ardı videoda...




Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti