ABŞ-da robot-cərrah icad edildi

5-05-2016, 12:52
Oxunub: 297
"STAR" avtonom şəkildə çalışır


ABŞ-da insan əlləri ilə kecirilən cərrahiyyə əməliyyatlarını daha uğurlu bacaran dünyada ilk robot-cərrah icad edilib.

Bu barədə Trend "Financial Times" qəzetinə istinadən xəbər verir.

"STAR" (Smart Tissue Autonomous Robot) adlı avtonom şəkildə çalışan qurğu robotlaşmış əldən və yara yerinə tikişi vuran avtomatlaşmış alətdən ibarətdir. Robot 3D infraqırmızı təsvir sistemi və sensorlar ilə təciz edilib. Bu isə robota hərəkətləri dəqiq və lazımi şəkildə edilməsinə yardım edir.

Vaşinqtonda fəaliyyət göstərən Milli Uşaq Səhiyyə Sisteminin (MUSS) mütəxəssisləri yeni icadı ilk olaraq donuzlar üzərində test ediblər. Sınaqda iştirak edən MUSS-un nümayəndəsi Piter Kim lədə olunan nəticədən təəccübünü gizlətməyərək qeyd edib ki, əməliyyat cərrahlar tərəfindən keçiriləndən daha uğurlu olub. "STAR" avtonom şəkildə çalışır, amma həkim-cərrahlar istənilən zaman robotun işini dayandıraraq əməliyyatı davam etdirə bilərlər.

Mütəxəssislərin fikrinə əsasən, "STAR" kor baqırsağı və öd kisəsi üzərində əməliyyatları keçirməkdə yardımcı olacaq. Bunun ücün 2-3 il ərzində robot-cərrah kliniki sınaqlardan keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti