Tovuzda yanan məktəbin şagirdləri tibb məntəqəsində oxuyacaqlar

3-05-2016, 16:55
Oxunub: 364
"Yanan məktəbə Təhsil Nazirliyinin əməkdaşları da baxış keçirib"


Ötən gün yanaraq yararsız hala düşən Tovuz rayon Nurəddin Sadıqov adına Alakol kənd orta məktəbinin şagirdləri təhsillərini kəndin tibb məntəqəsində davam etdirəcəklər.

Bunu rayon təhsil şöbəsinin müdir müavini Murğuz Əsədov deyib.

O bildirilib ki, kənd tibb məntəqəsinin 2-ci mərtəbəsi dezinfeksiya edilib və məktəbin inventarları ora daşınıb: "Mayın 4-dən etibarən məktəbin şagirdləri həmin binada təhsillərini davam etdirəcəklər. Yanan məktəbə Təhsil Nazirliyinin əməkdaşları da baxış keçirib. Yeni tədris ilində Alakol kəndində yeni məktəb binası inşa ediləcək". (“Report”)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti