Ərdoğanın növbəti qurbanı hansı "qardaşı" olacaq? - Video

2-05-2016, 15:32
Oxunub: 1542
Ərdoğan bildirir ki, ermənilər R.Qazıyevin başına 100 min dollar qoyublar


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi xətti heç vaxt bəlli olmayıb. O, əvvəl "qardaş" dediyi dövlət başçılarının devrilməsinə yardımçı olub, onlara qarşı başlayan üsyanlara dəstək verib.

O, Suriyada vətəndaş müharibəsi başlamamışdan qabaq tez-tez bu ölkəyə səfər eləyir və Bəşər Əsədə dəstək olduğunu bildirirdi. Ancaq ölkədə vətəndaş müharibəsi başlayandan sonra Ərdoğan anidən üsyan başlayadan silahlı qruplaşmalara dəstək verdiyi ilə bağlı açıqlamalarla çıxış etdi.

Bundan başqa Liviya prezidenti Muammər Qəddafi ilə də "arası yaxşı" olan Ərdoğan daha sonra "Qəddafi iqtidardan getməlidir" deyə bəyanat verdi.

Sosial şəbəkələrdə Ərdoğanın Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev haqqında səsləndirdiyi fikirləri yayılıb. Videonun 1993-cü ildə çəkildiyi bildirilir. Ərdoğan həmin videoda R.Qazıyev haqqında danışaraq bildirir ki, ermənilər R.Qazıyevin başına 100 min dollar qoyublar.

Maraqlıdır, 1993-ci ildə bu fikirləri səsləndirən, Rəhim Qazıyevi mədh edən Ərdoğan indi sabiq müdafiə naziri ilə hansı münasibətdədir?

Maraqlı olan başqa bir məqam isə Ərdoğanın növbəti qurbanının hansı "qardaşı" olacağıdır.

Etatist.com sözügedən videonu təqdim edir:
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti