Ruslan İzzətli: "REAL-da nələrsə çatışmır ki, biz D18 Hərəkatındayıq" - Video/Müsahibə

2-05-2016, 13:21
Oxunub: 2011
"2000-ci ilin əvvəllərində meydana 50-100 min adam toplayanlar bu gün 3-4 min adam yığa bilmirlər"


D18 Hərəkatı siyasi proseslərdə kifayət qədər aktiv mövqe sərgiləyən bir hərəkatdır. Hərəkatın ən son səs gətirən aksiyası Rusiya səfirliyinin qarşısında keçirdiyi aksiya idi.

Hərəkat sədri Ruslan İzzətlinin dediyinə görə, onlar bu yolla Azərbaycan cəmiyyətinə və dünyaya mesaj verməyə çalışıblar. 

Etatist.com-un bu dəfəki müsahibi D18 Hərəkatının sədri Ruslan İzzətlidir. O, müsahibəsində cəbhədə son baş verən hadisələrə Hərəkatın baxışından, Rusiya səfirliyi önündə keçirilən aksiyadan, 2015-ci il parlament seçkilərindən, Hərəkatın siyasi hədəfindən və s. məsələlərdən danışıb, aydınlıq gətirib.

Cəbhədə son baş verən hadisələrə münasibət bildirərkən, R.İzzətli qeyd edib ki, D18 Azərbaycan Ordusunun yanındadır:

- Biz aprelin 1-dən 2-nə keçən gecə baş verən hadisəyə hərəkat olaraq rəsmi mövqeyimizi bildirdik ki, bizim üçün dövlətin maraqarı hər şeydən üstündür. Əgər cəbhədə həqiqətən savaş baş verirsə, Qarabağ bütün siyasi hədəflərdən daha üstün bir məsələdir və biz ordumuzun yanındayıq. Amma birdən "dur" əmri verildi, bunun da heç bir hesabatı verilmədi. 

Mən hərbi ekspertlərlə danışdım, bilgi aldım ki, bizim kifayət qədər maliyyə itkilərimiz var, kifayət qədər şəhid vermişik, yaralılarımız var. Anlayıram, müharibə şəraitində bunlar normaldır. Amma nəticə hara gəldi çıxdı? Bir məsələ də var ki, mətbuatın 90 faizi hökumətin kurasiyasındadır, bizim alternativ fikirlərimizi verə bilmirlər.

Jurnalistlərlə də fərdi görüşümüzdə söhbət edərkən bildirirlər ki, hökumətin ən üst səviyyəsində belə görüşlər keçirəndə bildiriblər ki, Müdafiə Nazirliyi haqqında yazmaq dövlətin əleyhinə yazmaq kimi bir şeydir.

Bütün bunlara baxmayaraq biz ordumuzun yanındayıq və inanıram ki, bizim kifayət qədər peşəkar zabit heyətimiz var.

- Rusiyanın Cənubi Qafqazda təsir rıçaqlarının genişləndirdiyini bildirdiniz. Bir müddət əvvəl D18 Hərəkatı Rusiya səfirliyi qarşısında aksiya keçirmişdi. Açığı bu müddət ərzində özündə konkret mesajlar saxlayan addımlardan biri idi. Cəmiyyətə və səfirliyə nə demək istəyirsiniz? Qətnaməni verə bildinizmi?

- Biz Savçenkonu bəhanə eləyib mövqeyimizi bildirdik. Orda bir görünən tərəf var idi - tam görünən tərəf ki, biz insan haqlarının yanındayıq, demokratiya və insan haqları sərhəd məsələsi deyil, harada pozulursa biz mövqeyimizi bildirməliyik.

İkinci məsələ cəmiyyətə və dünyaya bir mesaj verməyə çalışırdıq. O aksiya Gürcüstanın, Rusiyanın ən aparıcı mətbuatına yayıldı. Hətta Ukrayna mətbuatında da yayımlandı. Biz dünyaya göstərdik ki, Rusiya, xüsusilə də Putin siyasi hakimiyyəti imperialist siyasət yürüdür. Bunun üçün Ukrayna, Azərbaycan, Ermənistan, Belarus yoxdur və bu, heç birin fərqləndirmir. Əgər imperiya siyasətinə qarşı kimsə duracaqsa, ən sərt cəzasını alacaq.

Bilirsiniz ki, Rusiya səfirliyi ən çox qorunan səfirlikdir və siyasi hakimiyyətin ən qorxduğu və narahat olduğu ölkə Rusiyadır. Bəyanatımızı səfirliyə təqdim etmək istədik, heç kim çıxıb almadı. Mühafizəçiyə təqdim etmək istədik, o da almadı. Sonra səfirlikdən bir maşın çıxdı, bütün aksiyanı telefonla çəkdi, amma bəyanatı almadı.

Bunun arxasınca ölkənin ən aparıcı mətbuatında bizim əleyhimizə yazılar yazıldı.

- D18 Hərəkatı siyasi proseslərdə kifayət qədər mövqe sərgiləyir. D18-in siyasi hədəfi nədir?

Ardı videoda...
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti