"Azərbaycan ideologiyalar qəbirstanlığı olub" - Müsahibə/Video

29-04-2016, 14:23
Oxunub: 1257
"İncil, Tövrat, Quran dünyanın gedişatına təsir edən kitablar olub"


Facebook sosial şəbəkəsindəki "Kitabıstan" səhifəsi gənclərin kitaba olan marağının artırılması və kitabların təbliğatı ilə məşğuldur.

Etatist.com Kitabıstan səhifəsi ilə birgə hazırladığı layihə ilə yazarlar, ictimai fəallardan müsahibə alaraq səhifədə yayımlayır, gəncləri yazarların kitablar haqqındakı fikirləri ilə tanış edir. Burdakı digər məqsəd isə yazarları və ictimai fəalları kitab təbliğatına cəlb etmək və gəncləri onlarla tanış etməkdir.

Bu dəfəki müsahibimiz yazıçı, Ruğu Rügzödür.

- Yaradıcılıq prosesi necə gedir? Son dövrlərdə nə dəyişiklik var? Niyə insanlarla, yaşlı nəsillə dalaşırsan, belə aqressivsən?
- Mənə qalsa insanlarla "muhattab" olmaram və dalaşmaram. Amma haqsız söz olanda, ədalətsiz bir fikir ortaya atılanda əsassız bir fikir deyiləndə məcbursan ki, ona reaskiya verəsən. Hansısa məqamlar olur ki, - bir az nevrozum var - nələrəsə reaskiya verirsən, fikir bildirirsən. Əsas odur ki, başqa dünyanı görmək istəyirik, amma başqa dünyada yaşayırıq. Bu reallığı da başa düşürük. Ona görə istər-istəməz aqressiya əmələ gəlir, çünki robot deyilik və bu neqativlərini göstərir. 

- Bu vaxta kimi milyonlarla kitablar nəşr olunub, milyonlarla filmlər çəkilib, amma dünyanı tam mənada, yəni ciddi şəkildə dəyişdirəcək kitab olmayıb. Nə fikirləşirsən bu haqda, kitabların doğurdanmı təsiri yoxdur?
- Əslində belə baxanda haqlısan. Mən özüm fikirləşirəm ki, inqilablara baş qoşmamaq lazımdır. Çünki indiyə kimi, heç bir inqilab heç bir istismarı ləğv etməyib, sadəcə, istismarçıları dəyişib. Amma bu o demək deyil ki, biz yazmamalıyıq, ədəbiyyat olmamalıdır. Ədəbiyyat yaradıcı insan üçün birinci növbədə oksigen maskasıdı, biz onunla nəfəs alırıq. Əslində dünyanı dəyişən kitablar olub: İncil, Tövrat, Quran. Yəni dünyanın gedişatına təsir edən kitablar...
 
- Adını sadaladığın bu kitablar mənə görə dünyaya daha çox problem gətiriblər. Bəs çıxış yolu gətiriblərmi?
Ardı videoda...

Etatits.com

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti