"KAMAZ"la "MERCEDES" toqquşdu

5-12-2012, 15:23
Oxunub: 1987


Etatist.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Qobustan rayonu,  Bakı-Şamaxı yolununda "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES-VİTA" markalı mikroavtobusun toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, mikroavtobusun sürücü  yaralanmış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin Yanğınsöndürən-xilasediciləri xüsusi alət və avadnlıqlar vasitəsilə yaralını mikroavtobusdan çıxarmış və hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilmişdir.Mikroavtobusda yaralı vəziyyətdə olan 6 nəfər sərnişin müxtəlif  bədən xəsarətləri ilə Təcili Tibbi Yardım xidməti tərəfindən Qobustan rayon  Mərkəzi xəstəxanasına aparılmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.Əməliyyat saat 08.40-da başa catmışdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti