“Ali təhsil müəssisələrinin maliyyələşdirilməsinə yenidən baxmaq lazımdır”- Nazir

29-04-2016, 12:23
Oxunub: 520
"Alimlərin elmi tədqiqat işlərinin maliyyələşdirilməsi üçün onların ayrı imkanlara da malik olması vacibdir"


"Ali məktəblərdə maliyyələşdirmə mexanizminə yenidən baxmaq vaxtı çatıb. Elmi tədqiqat işlərinin aparılması üçün ayrıca maliyyələşdirmə imkanları olmalıdır. Burada əsas məqsəd tələbələrin sayının artırılması deyil, təhsilin keyfiyyətinin artırılmasıdır".

Bunu Azərbaycan təhsil naziri Mikayıl Cabbarov Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında çıxışı zamanı deyib.

Azərbaycanın ali məktəblərində adambaşına maliyyələşdirmə mexanizminə artıq keçildiyini deyən M.Cabbarov qeyd edib ki, bu gün təhsil müəssisələrində tələbələrin sayına və keyfiyyətin artırılmasına üstünlük verilir: "Amma elmi fəaliyyətin dəstəklənməsinə yönəlmiş mexanizmlərdən məhkumuq. Alimlərin elmi tədqiqat işlərinin maliyyələşdirilməsi üçün onların ayrı imkanlara da malik olması vacibdir".

Nazir qeyd edib ki, son illərdə təhsil müəssisələtində kitabxanaların yenidənqurulmasına, xüsusilə elektron kitabxanaların yaradılmasına, tələbələrin elmi tədqiqatlara cəlb edilməsinə diqqət artırılıb: "Ali məktəblərin nəzdində texnoparkların yaradılması işlərinə başlanılıb. Düşünürəm ki, bu işləri genişləndirməliyik".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti