"Petkim Holding"in xalis mənfəəti artıb

29-04-2016, 11:09
Oxunub: 581


Əsas hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding" bu ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Report Holdinqə istinadən xəbər verir ki, şirkət bu ilin I rübündə 149 mln. Türkiyə lirəsi (TRY) həcmində xalis mənfəət əldə edib. Bu isə ötən ilin müvafiq dövründən 3,35 dəfə artıqdır.

Bu ilin 3 ayı ərzində şirkətin xalis satışı 18% artıb və 1,108 mlrd. lirə təşkil edib. Holdinqin aktivləri isə hesabat dövründə 32% artaraq 5,461 mlrd. lirəyə çatıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti