TQDK sınaq imtahanının nəticələrini açıqladı

27-04-2016, 16:22
Oxunub: 405
İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 10 abituriyentin imtahan nəticələri ləğv edilib.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 24-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan verilən məlumata görə, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48382 abituriyentdən 3259 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 10 abituriyentin imtahan nəticələri ləğv edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti