​BP İrandan neft alacaq

26-04-2016, 12:02
Oxunub: 533
"Royal-Dutch Shell" şirkətindən sonra BP də neft almaq üçün NİOC-la görüşlərə başlayıb


İran Milli Neft Şirkəti (NİOC) və BP şirkəti neft satışı üzrə anlaşma sənədi imzalamağa hazırlaşır.

Report İranın "Mehr" xəbər agentliyinə istinadən bildirir ki, "Royal-Dutch Shell" şirkətindən sonra BP də neft almaq üçün NİOC-la görüşlərə başlayıb.

NİOC-un beynəlxalq əlaqələr üzrə icraçı direktoru Seyid Möhsün Qamsari BP şirkəti ilə görüşlərin keçirildiyini təsdiqləyib. O, bildirib ki, əgər anlaşma əldə olunarsa, BP-yə satılan neft Şimali Afrika və ya digər ölkələrin neft emalı zavodlarına göndəriləcək.

Qeyd edək ki, BP şirkəti İran qazına görə borclu şirkətlərdən biridir. Belə ki, İran qazına görə ödəniləcək vəsait sanksiyalar tətbiq edildiyi zaman B.Britaniya hökuməti tərəfindən dondurulub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti