Qarabağda yenidən döyüşlər başlayıb - YENİLƏNİB

26-04-2016, 10:20
Oxunub: 698
DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub


Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Ermənistan işğalçı qüvvələrinin bu gecə yaşayış məntəqələrimizi artilleriya zərbələrinə məruz qoymasına dair məlumat yayıb.

Məlumatda deyilir: 

Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyacaq.

*   *   *

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yenidən fəal döyüş əməliyyatları başlayıb.

Virtualaz.org-a bu barədə Tərtər, Ağdam və Goranboy rayonlarının sakinlərindən məlum olub.

Saat 01:30-dan başlayaraq erməni silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini artilleriya və minaatanlardan aramsız və irimiqyaslı atəşə məruz qoyub. Sərhədyanı kəndlərin sakinlərinin sözlərinə görə, Azərbaycan ordusu cavab atəşi açıb. İki saatdır ki, döyüşlər davam edir.

Yaxın saatlar ərzində virtualaz.org baş verənlərlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mövqeyini təqdim etməyə çalışacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti