Rusiyadan Qarabağ bəyanatı - Atəşkəs möhkəmlənsin

22-04-2016, 10:47
Oxunub: 509
Bəyanatda Rusiyanın münaqişə üzrə qəti mövqeyi də açıqlanıb


Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, 1994 və 1995-ci illərdə Dağlıq Qarabağda atəşkəsə dair əldə olunan sazişlər müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir.

Bəyanatda Rusiyanın münaqişə üzrə qəti mövqeyi də açıqlanıb: “Rusiya tərəfi Dağlıq Qarabağda vəziyyətin inkişafı kontekstində 1994-cü ildə imzalanmış atəşkəs sazişi və onun inkişafı üçün 1995-ci ildə qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin möhkəmləndirilməsi haqqında sazişin müddətsiz xarakter daşıması və münaqişə zonasında əvvəlki kimi sülhün əsasını təşkil etməsi mövqeyindən çıxış edir”. (anspress.com)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti