Azərbaycan BMT-nin daha bir konvensiyasına qoşulub

21-04-2016, 13:18
Oxunub: 469


Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Etatist.com xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası 1982-ci il dekabrın 10-da Yamaykanın Monteqo Bey şəhərində qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və 1994-cü il iyulun 28-də Nyu-York şəhərində qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti