Tərtərin cəbhəboyu kəndlərində dağılmış evlərin təmirinə başlanılıb

20-04-2016, 16:53
Oxunub: 217
İcra hakimiyyətindən verilən məlumata görə, 163 fərdi yaşayış evinə ziyan dəyib


Təmas xəttində baş verən son hadisələr zamanı Tərtər rayonunun cəbhəboyu kəndlərində dağılmış evlərin bərpasına başlanılıb.

Bu barədə "Report"a Tərtər Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib. 

İcra hakimiyyətindən verilən məlumata görə, 163 fərdi yaşayış evinə ziyan dəyib: "Erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini ağır artileriyadan atəşə tutması nəticəsində 25 ev tamami ilə dağlıb, 34 evin dam örtüyü yarasız hala düşüb. Ümumilikdə, ziyan çəkmiş bütün yaşayış evlərində əsaslı təmir və bərpa işləri aparılır. Evləri tamamilə dağılan ailələr müvəqqəti olaraq qohumlarının evində yerləşdirilib, bir neçə ailəyə isə çadır verilib".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti