Tramp və Klinton Nyu-Yorkda keçirilən praymerizdə qalib gəlir

20-04-2016, 10:32
Oxunub: 554
Tramp ya əksəriyyətin, ya da ştatdakı 95 nümayəndənin hamısının dəstəyini alacaq


Milyarder Donald Tramp və sabiq dövlət katibi Hillari Klinton müvafiq olaraq Respublikaçılar və Demokratlar partiyalarının Nyu-Yorkda keçirilən praymerizində səslərin hesablanmasının ilkin nəticələrinə görə qalib gəlirlər.

Report xəbər verir ki, respublikaçılarda səslərin 31%-nin hesablanmasından sonra Tramp onların 62%, Ohayo qubernatoru Con Keysik 24%, Texas senatoru Ted Kruz isə 14%-ni toplayır. Tramp ya əksəriyyətin, ya da ştatdakı 95 nümayəndənin hamısının dəstəyini alacaq.

Demokratlarda səslərin 49%-nin hesablanmasından sonra Klinton onların 60%-ni, onun yeganə rəqibi, Vermontdan olan senator Berni Sanders isə 40%-ni toplayır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti