Rusiya XİN Məmədyarov-Nalbandyan görüşü barədə

19-04-2016, 16:19
Oxunub: 408
"Bu yaxınlarda vəziyyətin gərginləşməsi kimi hallar nizamlanmaya kömək edən ab-havanı pozur"


Rusiyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçilərdən biri kimi tərəflərə həll yolunu tapmağa və mövqelərini yaxınlaşdırmağa kömək etmək vəzifəsidir.

Virtualaz.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib: "Bu işin davam etdirilməsi üçün müvafiq ab-havanı yaratmağa kömək etmək vəzifəmizdir. Bu yaxınlarda vəziyyətin gərginləşməsi kimi hallar nizamlanmaya kömək edən ab-havanı pozur".

Zaxarovanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə iş dayanmır, danışıqlar kompromislər yolu ilə davam etdirilir: “Yaxın zamanlarda biz xarici işlər nazirləri səviyyəsində yeni kontaktlar barədə anons verə biləcəyik”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti