Pakistan və İranın hərbi dəniz donanması birgə təlim keçirir

19-04-2016, 13:54
Oxunub: 972
Təlimlər ölkələrin Hərbi Dəniz Qüvvələrinin birgə fəaliyyəti çərçivəsində keçirilir


Pakistan və İran körfəzdə, Hörmüz boğazı ərazisində hərbi dəniz qüvvələrinin birgə təlimlərini keçirir.

Report İran KİV-inə istinadən xəbər verir ki, təlimlər bir gün davam edəcək. 

Məlumata görə, təlimlər ölkələrin Hərbi Dəniz Qüvvələrinin birgə fəaliyyəti çərçivəsində keçirilir.

Qeyd edək ki, təlimlərdə iştirak edən Pakistanın Hərbi Dəniz Donanmasının iki gəmisi aprelin 16-da İranın Bəndər-Abbas limanına yan alıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti