Bu gün “Avtovağzal” stansiyası açılır

19-04-2016, 10:02
Oxunub: 309
Ölkə başçısı İlham Əliyevin açılış mərazisimində iştirakı gözlənilir.


Bu gün Bakı Metropoliteninin bənövşəyi xətt üzrə ilk iki stansiyası istifadəyə veriləcək.

İstifadəyə veriləcək “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarıdır.

Ölkə başçısı İlham Əliyevin açılış mərazisimində iştirakı gözlənilir.

Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart sərəncamı ilə təsdiq edilmiş perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq. Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq. (Modern.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti