Əhməd Davudoğlu Strasburqa səfər edib

19-04-2016, 09:47
Oxunub: 308
Əhməd Davudoğlu Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edəcək


Türkiyənin baş naziri Əhməd Davudoğlu Strasburqa səfər edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əhməd Davudoğlunun burada Avropa Komissiyasının prezidenti Jan Klod Yunker, Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntla, Avropa Şurasının baş katibi Turbern Yaqland və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Əhməd Davudoğlu Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edəcək.

Baş naziri Strasburq səfərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropa işləri üzrə nazir Volkan Bozkır müşayiət edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti