Əli Əhmədov Azərbaycanda dərman istehsalı məsələsinə aydınlıq gətirdi

18-04-2016, 15:36
Oxunub: 247
"Azərbaycanda dərman fabrikləri açmaq istəyən şirkətlərin sayı artacaq"


"Azərbaycanda dərman istehsalına başlanılması ilə əlaqədar işlər irəliləyir, bununla bağlı bir neçə variant var".

Bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır: "Əgər Azərbaycanda dərman fabrikləri açmaq istəyən şirkətlər olacaqsa, onların fəaliyyəti üçün Azərbaycanda hər bir imkan yaradılacaq. Güman edirəm ki, ilkin mərhələdə bir və ya iki fabrikin yaradılmasından sonra Azərbaycan bazarı dərman istehsalçıları üçün maraqlı olacaq və Azərbaycanda dərman fabrikləri açmaq istəyən şirkətlərin sayı artacaq".

Baş nazirin müavini bildirib ki, bu təcrübələr əsasında Azərbaycanın müəyyən müddətdən sonra yerli dərman istehsalçıları meydana gələcək: "Hər halda işlər başlayıb, güman edirəm ki, yaxın zamanlarda Azərbaycanda istehsal olunan dərman preparatları ölkəmizin dərman bazarında görünəcək". (Trend)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti