"Formula-1"ə görə dərslər tez bitəcək? – RƏSMİ AÇIQLAMA

18-04-2016, 11:48
Oxunub: 716
“Ümumi təhsil müəssisələrində dərslər bir qayda olaraq, sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır”


Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula-1" yarışları ilə əlaqədar ümumtəhsil müəssisələrində dərslərin iyunun 14-də deyil, daha tez bitəcəyi haqda xəbərlər yayılıb.

Məsələ ilə bağlı Lent.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyindən bildirilib ki, "Formula-1" yarışları tədris ilinin müddətinə heç bir təsir göstərməyəcək: “Ümumi təhsil müəssisələrində dərslər bir qayda olaraq, sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır”.

Xatırladaq ki, bu il iyunun 19-da Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula-1" Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti