Bu gün AŞPA-nın yaz sessiyası işinə başlayır

18-04-2016, 11:30
Oxunub: 481
AŞPA-nın sessiyası öz işini aprelin 22-də başa vuracaq.


Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yaz sessiyası işinə başlayır.

AŞPA-nın mətbuat xidmətindən verilən məlumata görə, sessiyanın ilk iş günündə deputatlar Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində vəziyyətin gərginləşməsi barədə müzakirələrin gündəliyə daxil edilməsi məsələsini müzakirə edəcək.

Sessiya çərçivəsində deputatlar Avropada miqrasiya böhranı, məcburi miqrasiya və onun nəticələri və problemləri, qaçqınların hüquqları ilə bağlı vəziyyəti, Ukraynadakı münaqişəni və s. məsələləri müzakirə edəcəklər.

Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakimlərin seçkisi keçiriləcək və Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Nils Mujnieks illik hesabatını təqdim edəcək.

Həmçinin, sessiya zamanı gözlənilən çıxışların siyahısı da məlumdur: 19 aprel - Türkiyənin baş naziri Əhməd Davudoğlu və Avropa Komissiyasının sədri Jan-Klod Yunker; 20 aprel - Avstriyanın prezidenti Haynts Fişer; 21 aprel - Gürcüstanın baş naziri Qriqori Kvirikaşvili.

AŞPA-nın sessiyası öz işini aprelin 22-də başa vuracaq. (Virtualaz)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti