Azərbaycanın Rusiyadakı səfirliyi əməkdaşının döyülməsini təsdiqlədi - Yenilənib

16-04-2016, 13:17
Oxunub: 569
Hadisə şahidləri polis və təcili yardım çağırıblar.


“Aprelin 15-dən 16-na keçən gecə Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gedərkən sürücü tərəfindən qəddarlıqla döyülüb”.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, E.Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb, ona orada təxirəsalınmaz tibbi yardım göstərilib.

Baş verənlə əlaqədar səfirlik hadisənin səbəblərini araşdırmağa çalışır. Xəsarət alan E.Məhərrəmov isə hüquq-mühafizə orqanlarına müraciət edib.

* * *

Ötən gecə Moskvada Azərbaycan konsulluğunda işlədiyini deyən şəxsi döymüş taksi sürücüsü saxlanılıb.


Məlumatda bildirildiyinə görə, bu şəxs 31 yaşlı Haybula Hacıyevdir.

*   *   *

Hadisə gecə saatlarında baş verib.

Taksidə konsulluğun əməkdaşı ilə sürücü arasında mübahisə düşüb. Sonradan mübahisə edənlər avtomobildən eniblər və yolun kənarında taksi sürücüsü adı açıqlanmayan azərbaycanlıya hücum edib.

Hadisə şahidləri polis və təcili yardım çağırıblar.

*   *   *

Rusiya paytaxtının polisi Moskvanın mərkəzi hissəsində Azərbaycan konsulluğunun əməkdaşının döyülməsi barədə məlumatı araşdırır.

Bu barədə RenTV telekanalına hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

İlkin versiyaya görə, hadisə Konyuşkovski küçəsində baş verib.

Zərərçəkənin vəziyyəti barədə informasiyanın dəqiqləşdirildiyi bildirilir. (Virtualaz.org)

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti