İsrailin baş naziri Rusiyaya gedir

15-04-2016, 14:13
Oxunub: 455
Aprelin 18-də Fələstin prezidenti Mahmud Abbas da Moskvaya işgüzar səfərə gedəcək


İsrailin baş naziri Benyamin Netaniyahu aprelin 21-də Rusiyaya qısamüddətli işgüzar səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində o, Rusiya prezidenti Vladimir Putinlə görüşərək, ikitərəfli əlaqələrin inkişafını, İsrail-Fələstin münaqişəsinin tənzimlənməsinin perespektivlərini və Suriyadakı vəziyyəti müzakirə edəcək.

Qeyd edək ki, aprelin 18-də Fələstin prezidenti Mahmud Abbas da Moskvaya işgüzar səfərə gedəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti