İki universitetə dollar xəbərdarlığı

15-04-2016, 14:11
Oxunub: 721
"Müqavilədə əgər ödəniş dollarla göstərilibsə, niyə ona qol çəkilməlidir?"


Azərbaycanda baş verən sonuncu devalvasiya heç bir dövlət ali təhsil müəssisələrinə təsir etməyib. Çünki təhsil haqqı ilə bağlı elan veriləndə hər yerdə manatla ödənişin etmək lazım olduğu bildirilir. Yəni heç bir təhsil müəssisəsində xarici valyuta ilə təhsil haqqının ödənilməsi məsələsi qeydə alınmayıb. Lakin iki özəl ali təhsil müəssisəsində bu problem yaşanıb. Problemin aradan qaldırılması üçün də lazımi addım atılıb.

Report-un məlumatına görə, bunu Təhsil Nazirliyi elm və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Nərgiz Qaraxanova media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, tələbə müqaviləni imzalayanda ödəniş məsələsinə xüsusi diqqət etməlidir:

"Bu məsələdə ali məktəbin də günahı var. Müqavilədə əgər ödəniş dollarla göstərilibsə, niyə ona qol çəkilməlidir? Hər iki ali məktəbin rəhbərliyinə bu barədə ciddi irad tutulub. Bildirilib ki, elanda təhsil haqqında nə göstərilibsə, qəbul planı təsdiq olunubsa, ödəniş də o pulla aparılmalıdır. Yəni həmin ödəniş məbləğindən nə artıq, nə də əskik ödəniş qəbul olunmalıdır. Tələbə də məhz həmin məbləği ödəməlidir. Yekunda isə hər iki fakt tələbənin xeyrinə həll olunub".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti