Prezidentliyə daha bir namizəd

14-03-2013, 11:30
Oxunub: 595


İranda daha bir şəxsin prezidentliyə namizəd olacağı məlum olub. Etatist.com-un APA-ya istinadən məlumatına görə, bu, ölkənin nüfuzlu şəxslərindən biri olan Həsən Ruhanidir.

Artıq onun seçki qərargahı da formalaşdırılıb. Belə ki, İran Məsləhət Şurasının sədri Əliəkbər Haşimi Rəfsəncaninin prezidentliyi dövründə müdafiə, yol və tranzit naziri olmuş Əkbər Türkan Seçki Qərargahının sədri, sənət naziri işləmiş Məhəmməd Nemətzadə isə müavin seçiliblər.

Qeyd edək ki, Həsən Ruhani 16 il İran Ali Milli Təhlükəsizlik Şurasının katibi olub. Hazırda İran Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edir. Eyni zamanda İran Məsləhət Şurası və Üləmalar Məclisinin (Xübreqan) üzvüdür.

İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti