“Veysəloğlu”nun satış menecerinin apellyasiya şikayətinə baxılıb

13-04-2016, 15:50
Oxunub: 595
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.


Bakı Apellyasiya Məıhkəməsində mənimsəmədə təqsirləndirilən Nahid Axundov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. N.Axundovun cəzası 7 ildən 3 ilə endirilib. Təqsirləndirilən şəxs “Veysəloğlu” MMC-yə dəymiş ziyanın hamısını ödəyib.

Qeyd edək ki, N.Axundov “Veysəloğlu” MMC-də satış meneceri olub. O, 12 min manat pulu mənimsəməkdə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

N.Axundov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan N.Axundov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. (Virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti