Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat

12-04-2016, 11:16
Oxunub: 997
O, hüquq məsələlərə kuratorluq edəcək.


Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat olub.

"APA-Economics" xəbər verir ki, Fəxriyar Cabbarov Palatanın İdarə Heyətinə üzv olub. O, hüquq məsələlərə kuratorluq edəcək.

Qeyd edək ki, bundan öncə F. Cabbarov "Synergy Group" ASC-nin Müşahidə Şurasının üzvü, daha sonra isə İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovdur.

Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, sədr müavini Nigar Məmmədova, üzvü isə İlqar Muradovdur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti