Sabah yağış yağacaq

11-04-2016, 12:47
Oxunub: 612
Bakıda gecə 9-11 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.


Aprelin 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-11 dərəcə isti, gündüz 14-18 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.

Aprelin 12-də Azərbaycanın rayonlarında - bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti