Dünyanın ən təhlükəsiz ölkələri açıqlandı

11-04-2016, 11:43
Oxunub: 228
Siyahıda Türkiyə 71-ci, Rusiya isə 50-ci yeri tutub.


"Numbeo"nun versiyasına əsasən, "Crime Index for Country 2016" reytinqində Azərbaycanda 117 ölkə arasında 87-ci yeri tutub.

Reytinqə görə Azərbaycanın təhlükəsizlik indeksi 67,61, cinayətkarlıq indeksi isə 32,39-dur.

Qeyd etmək lazımdır ki, siyahının sonlarında ən təhlükəsiz ölkələr qərarlaşıb. Belə ki, reytinqdə sonuncu - 117-ci yerdə Cənubi Koreya 85,69 (14,31), 116-cı pillədə isə Sinqapur 84,19 (15,81) qərarlaşıb.

Dünyanın ən təhlükəsiz ölkələri sıralamasında top-10-a bu ölkələr də düşüb: Yaponiya (115-ci yer), Honkonq (114), Tayvan (113), Gürcüstan (112), Qətər (111), Birləşmiş Ərəb Əmirlikləri (110), Avstriya (109), Estoniya (108).

Qeyd edək ki, siyahıda Türkiyə 71-ci, Rusiya isə 50-ci yeri tutub.

Ən təhlükəli və cinayətkarlıq indeksinin yüksək olduğu ölkələr isə Venesuela, Cənubi Sudan, Cənubi Afrika, Papua Yeni Qvineya və Hondurasdır. Bu ölkələr sıralamada ilk pillələrdə yer alıblar. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti