Bu gün cəbhədə cəsədlərin axtarışına başlanılacaq

8-04-2016, 12:27
Oxunub: 434
"Azərbaycan tərəfindən həlak olmuş döyüşçülərin cəsədlərinin axtarışına başlanacaq"


Bu gün Bakı vaxtı ilə saat 14.00-da Dağlıq Qarabağda atəşin tam dayandırılması və həlak olmuş döyüşçülərin cəsədlərinin axtarışına başlanılması barədə razılığa gəlinib.

Etatist.com xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. 

Hər iki tərəf eyni vaxtda həlak olmuş döyüşçülərin meyitlərini axtaracaq. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın “müdafiə ordusu”nun operativ şöbəsinin rəhbəri Viktor Arustamyan bildirib ki, axtarışlar təmas xəttininin şimal və cənub istiqamətlərində aparılacaq.

Etatist.com


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti