“İtirilənlərin əvəzini çıxmaq lazımdır” - Peskovdan Qarabağ açıqlaması

7-04-2016, 16:10
Oxunub: 313
Rusiyanın bu səyləri münaqişə iştirakçıları tərəfindən qiymətləndirilib


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağ təmas xəttindəki gərginlik və Rusiyanın münaqişənin həlli istiqamətindəki səylərindən danışıb.

Peskov bu dəfə də münaqişə ocağının söndürülməsi üçün ən müxtəlif səviyyələrdə kifayət qədər operativ və böyük iş görüldüyünü bildirib. Onun sözlərinə görə, Rusiyanın bu səyləri münaqişə iştirakçıları tərəfindən qiymətləndirilib.

Rusiyanın Minsk qrupunun həmsədrlərindən biri olduğunu xatırladan Peskov onun münaqişənin sülh yolu ilə həll olunması üçün xeyli səy göstərdiyini vurğulayıb: “Rusiya rəsmi Bakı və İrəvanla tərəfdaşlıq münasibətləri saxlayır. Eyni zamanda bu münasibətlərdən həm ikitərəfli əsasda, həm də beynəlxalq mexanizm çərçivəsində sülh yolu ilə həll şəraitinin yaradılması üçün istifadə olunur”.

Peskov hesab edir ki, Dağlıq Qarabağdakı vəziyyət davamlı olmaqdan çox uzaqdır. Lakin mətbuat katibinin sözlərinə görə, problemin həll edilməsində geriyə addım atılıb: “Toqquşmalar başlayana qədər yaxşı nəaliyyətlər var idi, həll istiqamətində çox müsbət addımlar atılmışdı. İndi, təəssüf ki, geriyə addım oldu. İndi bir çox sahədə itirilənlərin əvəzini çıxmaq lazım gələcək”. (Aznews.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti