Türkiyədə sorğu: Qarabağda müharibə başlasa gedərsiniz? (VİDEO)

7-04-2016, 12:09
Oxunub: 6838
Əksəriyyət müharibə başlayacağı təqdirdə Azərbaycan tərəfdən döyüşməyə hazır olduqlarını bildirib


Aprelin 2-nə keçən gecə Ermənistan silahlı birləşmələrinin cəbhədə atəşkəsi pozmasından sonra başlayan gərginlik hələ də davam edir. Aprel ayının 5-də tərəflər atəşkəs haqqında razılığa gəlsələr də, erməni tərəfi atəşkəsi yenidən pozub və cəbhəyanı kəndləri minaatanlardan və digər artilleriya qurğularından atəşə tutub.

Atəşkəs pozulandan sonra ordumuzun bir neçə yüksəkliyi ələ keçirməsi ilə Azərbaycanın bütün bölgələrində ordumuza dəstək aksiyaları keçirildi. Bundan başqa Türkiyə vətəndaşları da Azərbaycanın yanında olduqlarını dilə gətirdilər.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Qarabağda, Azərbaycan və Ermənistan cəbhə xəttində baş verən gərginliklə bağlı sorğu keçirib. Türkiyənin Uşak şəhərində keçirilən sorğuda iştirak edən Türkiyə vətəndaşlarının əksəriyyəti müharibə başlayacağı təqdirdə iştirak etməyə hazır olduqlarını bildiriblər.

Azərbaycanlı tələbələrin Türkiyədə Etatist.com üçün keçirdiyi sorğunu təqdim edirik:


Orxan Yaquboğlu
Etatist.com

Şərhlər : 1 Şərh yaz
Ramal 9 aprel 2016 03:03  

Turkiyede de savas olsa biz haziriq!

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti