Lavrov: "Rusiya Qarabağa görə Ankaranı qınamır"

4-04-2016, 15:08
Oxunub: 369
"Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz"


"ATƏT-in Minsk Qrupu formatının dəyişdirilməsi məqsədəuyğun deyil. Bu, münaqişənin tənzimlənməsi üçün ən uyğun mexanizmdir".

Virtualaz.org RİA-Novosti-yə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Qoşunların təmas xəttində yaranmış mövcud gərginliyi şərh edən rusiyalı nazir deyib ki, Rusiya Qarabağa görə Ankaranı qınamır: "Dağlıq Qarabağda gərginliyin yaranmasında Rusiya Ankara da daxil olmaqla heç bir xarici qüvvəni qınamır".

"Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz", -deyə S.Lavrov sonda vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti