Rusiya müdafiə naziri Zakir Həsənov və Ohanyanla təcili danışıqlar aparıb

2-04-2016, 14:13
Oxunub: 452
İrimiqyaslı döyüş əməliyyatları ilə bağlı vəziyyəti müzakirə edib.


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Azərbaycanın müdafiə naziri Zakir Həsənov ilə təcili telefon danışığı aparıb.

Danışıqlar zamanı Dağlıq Qarabağ bölgəsində vəziyyətin gərginləşməsi müzakirə olunub.

"Danışıqlar zamanı münaqişə zonasında vəziyyətin stabilləşdirilməsi istiqamətində atılacaq təxirəsalınmaz addımlar müzakirə olunub", - deyə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumatda o da bildirilir ki, bu region daim Rusiya Müdafiə Nazirliyinin diqqət mərkəzindədir.

***

Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışıqları aparıb.

Bu barədə RİA "Novosti" agentliyi xəbər verir.

Bildirilir ki, S. Şoyqu tərəflərlə Dağılq Qarabağdakı təmas xəttində vəziyyətin gərginləşməsini müzakirə edib. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti