İran kağız üstündə söz verdi

13-03-2013, 09:14
Oxunub: 812


İslam Respublikası beynəlxalq ictimaiyyətin ona qarşı etibarını itirdiyini bildiyindən fərqli taktika seçib.

 İslam Respublikası prezidentinin müavinin Məhəmmədrza Rəhimi bildirib ki, Tehran nüvə silahı hazırlamadığı və hazırlmayacağını boyun olması barədə BMT-yə yazılı müraciət edəcək.

O, qərb dövlətlərini İranın «elmi tərəqqisini» gözdən salmaqda ittiham edib.

Qeyd edək ki, İsrailin prezidenti Şimon Peres martın 12-də Avropa parlamentindəki çıxışı zamanı birliyə üzv dövlətləri İrana münasibətdə sərtlik göstərməyə çağırıb:«Tehranı hədələyən olmadığı halda, o, başqa dövlətləri hədələməkdədir».

 

Onu da xatırladaq ki, ABŞ-ın Orta Şərqdəki hərbi qüvvələrinin komandanı Ceyms Matis martın 6-da Senat komitəsi üzvləri qarşısında İranın nüvə proqramından danışmışdı.

 

O, demişdi ki, İranı nüvə fəaliyyətindən çəkindirmək üçün Qərbin Tehranla apardığı danışıqlar nəticə verməyəcək: «İran nüvə fəaliyyətini inkar etməkdə, yalan danışmaqda və dünya ictimaiyyətini aldatmaqda böyük stajı olan ölkədir. Tehran uranı zənginləşdirməyi davam etdirir və bu fəaliyyətlərin dinc xarakter daşıdığını demək olmaz».

 

Yeri gəlmişkən onu da qeyd edək ki, Məhəmmədrza Rəhimi ötən il qərb dövlətlərini hədələyərək, İran neftinə qarşı yasaqlar qarşılığında onların Hörmüzdən «bir damla neft keçirə bilməyəcəklərini» bəyan etmişdi.

 

lent.az 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti