Hindistanda körpünün çökməsi nəticəsində 10 nəfər ölüb

31-03-2016, 14:04
Oxunub: 481
Təxminən 150 nəfər də dağıntılar altında qalıb


Hindistanın Kəlküttə şəhərində körpünün çökməsi nəticəsində azı 10 nəfər ölüb, 100-dən çox adam itkin düşüb.

Report CNN telekanalına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının nümayəndələri məlumat verib.

Təxminən 150 nəfər də dağıntılar altında qalıb.

Xilasedicilər və hadisə yerində olanlar dağıntılar altında olanları xilas etmək üçün qəza zonasında sement və metal dağıntılarını təmizləməyə başlayıb.

Səlahiyyətlilərin məlumatına görə, körpüdə təxminən 5 ildir təmir işləri aparılırmış.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti