Təyyarəni qaçıran sərnişinlərin təyyarəni tərk etməsinə razılıq verib- Yenilənib

29-03-2016, 11:35
Oxunub: 516
Təyyarənin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü var.


Misirə məxsus A320 təyyarəsini qaçıraraq Kiprin Larnaka hava limanına enməsini tələb edən şəxs sərnişinlərin təyyarədən çıxmasına icazə verib.

APA-nın məlumatına artıq 20 qadın və bir uşaq təyyarəni tərk edib.

Təyyarənin qaçıran şəxsin tələbinin nədən ibarət olduğu hələlik məlum deyil.

Kipr hüquq-mühafizə orqanların onunla danışıqları davam etdirirlər.

Qeyd edək ki, naməlum şəxs İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarənin Cənubi Kiprin Larnaka hava limanına endirilməsini tələb edib.

Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq.

Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb.

*** 

Larnaka Aeroportu Kipr polisi tərəfindən boşaldılıb və əhatəyə alınıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "AirEgypt" aviaşirkətinin qaçırılan A320 təyyarəsinin göyərtəsində azı bir silahlı şəxs var.

"Associated Press" isə təyyarədə bomba ola biləcəyi ehtimalını irəli sürüb.

"El Balyad" xəbər portalının məlumatına görə, "EgyptAir" aviaşirkətinin təyyarəsini ələ keçirən silahlı şəxs tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə üzərindəki partlayıcı kəməri işə salacağını deməklə komandir və sərnişinlərə hədə-qorxu gəlib.

Hava Yolları təyyarəsi ələ naməlum adam, xəbər portalı na uyğun olaraq, onun tələblərinə yerinə əgər, bir intihar kəmər pozan kapitan və sərnişin təhdid etdi.

AFP xəbər verir ki, təyyarənin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü var.

İlkin məlumata görə, təyyarəni qaçıranlar Misir əsilli qadın və uşaqlara hava gəmisini tərk etməyə icazə verməyə hazırlaşır.

***

"EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi İsgəndəriyyədən Qahirəyə uçuş həyata keçirərkən naməlum şəxslər tərəfindən ələ keçirilib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib.

Oğrular ələ keçirdikləri laynerin Kiprdə enməsini tələb edib.

"Reuters"in xəbərinə görə, naməlum şəxslər tərəfindən qaçırılmış təyyarə artıq Kiprdə Larnaka hava limanında yerə enib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti