Dəmiryolçular konqres keçirdir

5-12-2012, 11:46
Oxunub: 1058


Bu gün Bakıda Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV Konqresi işə başlayıb.
Iki gün davam edəcək tədbirdə Konfederasiyanın 42-ci yığıncağı keçiriləcək və IV Konqresin təşkilati məsələlərinə baxılacaq. Konqresin gündəliyinə Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının III Konqresindən sonrakı işi və 2012-2017-ci illər üçün fəaliyyət Proqramının əsas istiqamətləri, Konfederasiyanın nizamnaməsi, Təftiş Komissiyasının hesabatları, Konfederasiyanın sədri və baş katibinin seçilməsi və s. məsələlər müzakirə olunacaq. 

 

Qeyd edək ki, Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV Konqresinə Azərbaycan Dəmiryolçularının MHİRK-in sədri F.Bağırov və təşkilat şöbəsinin müdiri S.Böyükzadə nümayəndə seçilib. Tədbirdə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev iştirak edirlər.


APA 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti