XİN: Pakistanda törədilmiş terror aktını qəti şəkildə pisləyirik

28-03-2016, 14:19
Oxunub: 355
"Qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik"


Biz 27 mart tarixində Pakistanın Lahor şəhərində törədilmiş və uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror aktını qəti şəkildə pisləyirik.

Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi qeyd edib ki, terrorçu-kamikadzenin uşaqların toplaşdığı məkanı hədəf alması xüsusi narahatedici məqamdır: "Biz həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik".

H.Hacıyev deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti